EN

Coy O’Brayen: “Bakıdakı oyundan zövq almağa çalışacağıq”

“Şelburn”un baş məşqçisi Coy O’Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan gözləntisini açıqlayıb.

Arena.az xəbər verir ki, İrlandiya və Azərbaycan çempionları arasındakı cavab görüşü sabah Bakıda baş tutacaq.

Coy O’Brayen bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Sabahkı matça normal qaydada çıxacağıq. Komandamıza inanıram. Həm baş məşqçi, həm də futbolçular olaraq istəyimiz qələbə qazanmaqdır. Oyundan zövq almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyrimizə olsun. Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır”.

Mətbuat konfransında iştirak edən “Şelburn”un yarımmüdafiəçisi Conatan Lanni də qarşıdakı matçla bağlı düşüncələrini paylaşıb:

“Qarabağ”ın gücünü bilirdik. Onlara qarşı qarşılaşmanın çətin keçəcəyini bilirdik. Futbolda hər şey ola bilər. Sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik”.

“Qarabağ” – “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Dublində baş tutmuş ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
39
3
arena.az

3Sources