EN

Goranboyda yük maşını atı vuraraq öldürdü

Goranboyda yol qəzası olub.

Bakues.az-ın məlumatına görə hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhəri sakini, 1978-ci il təvəllüdlü E.Əliyev idarə etdiyi “MAN” markalı yük avtomobili ilə Kəlbəcər rayon sakini,1975-ci il təvəllüdlü Q.Alıyevə məxsus atı vurub.

At hadisə yerində tələf olub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
36
4
icma.az

5Sources