Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Referans xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.
Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.
Görüş zamanı hÉ™mçinin media nümayÉ™ndÉ™ heyÉ™tlÉ™rinin mübadilÉ™si vÉ™ iki ölkÉ™nin xÉ™bÉ™r agentliklÉ™ri arasında É™mÉ™kdaÅŸlığın artırılması diqqÉ™t mÉ™rkÉ™zindÉ™ olub. Â