EN

Çempionlar Liqası: "Qarabağ" cavab oyununu keçirəcək

BAKI, 30 iyul. TELEQRAF

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə cavab oyununu keçirəcək.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonaçina yerinə yetirəcək.

VAR hakimi Daniele Doveri, VAR assistenti isÉ™ Daniele Paterna olacaq.

Qarşılaşmaya saat 21:00-da start veriləcək.

Komandalar arasında keçirilən ilk oyunda "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı təqdirdə FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klubların Şimali Makedoniyada oynanılan ilk matçında ev sahibləri minimal hesablı qələbəyə sevinib.

Chosen
9
teleqraf.com

1Sources