EN

Almaniya min kilometrlərlə məsafə qət edə bilən kamikadze PUA-lar hazırlayır

Yeni nəsil dronlar operator müdaxiləsi olmadan hədəfləri dəqiq vurmaq qabiliyyətinə malik olacaq...

Poliqon xəbər verir ki, Almaniya hökuməti düşmənin dərinliyində yerləşən hədəfləri avtonom şəkildə vurmağa qadir kamikadze tipli pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması üçün müsabiqəyə start verib. Bu PUA-lar min kilometrlərlə məsafə qət edə bilməli, çoxqatlı müdafiə xəttini dəf etməli və operatorun birbaşa iştirakı olmadan hədəfləri dəqiq məhv etməlidir.

Belə sistemlər Bundesverin (Almaniya Silahlı Qüvvələri) ballistik və qanadlı raketlər kimi ənənəvi zərbə vasitələrini tamamlamalı və strateji dərinlikdə zərbə əməliyyatlarının imkanlarını genişləndirməlidir.

Almaniya hökuməti artıq texniki tələbləri ölkənin aparıcı hərbi sənaye şirkətləri və perspektivli startaplara göndərib. Məqsəd yüksək manevr qabiliyyətinə, süni intellektə əsaslanan idarəetmə sistemlərinə və yüksək dəqiqliklə hədəf seçimi bacarığına malik müasir zərbə platformalarının yaradılmasıdır.

Poliqon.info

Chosen
30
poliqon.info

1Sources