"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında "Şelburn"u qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Ağdam təsmilçisi ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub edib.

"Qarabağ" mərhələni adlayarsa, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsində çıxış etməyi təmin edəcək.

"Köhlən atlar" bugünkü görüşdə Marko Yankoviç və Dani Boltdan yararlana bilməyəcək. Yankoviçin heyətdə olmaq şansı olsa da, oynamaq ehtimalı azdır.

Çempionlar Liqası

II təsnifat mərhələsi

20:00 "Qarabağ" - "Şelburn"

Tofiq Bəhramov adına Respublika stadionu.

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina

İlk matç: 3:0