Pekin Rusiya neftini idxal etməyə davam edərsə, ABŞ-dan yüksək rüsumlar tətbiq oluna bilər.
Referans xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın maliyyə naziri Scott Bessent çıxış edib. Reuters-in məlumatına görə, ABŞ və Çin
arasında ticarət danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında Bessent bildirib ki, o, Vaşinqtonun Rusiyaya 15
milyard dollardan çox dəyərində ikili təyinatlı malların tədarükü, eləcə də İran neftinin idxalı ilə bağlı narahatlığını Çin tərəfinə
çatdırıb.
Nazir qeyd edib ki, Konqresin Trampa sanksiya tətbiq olunan Rusiya neftini alan ölkələrə 500 faizə qədər tarif tətbiq etmək
səlahiyyəti verən qanunu qəbul etməsi ABŞ-ın müttəfiqlərini Rusiyanın enerji gəlirlərini azaltmaq üçün oxşar tədbirlər görməyə
təşviq edəcək: “Ona görə də mən hesab edirəm ki, sanksiyalara məruz qalan Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”.
Onun sözlərinə görə, Çin rəsmiləri cavab veriblər ki, Çin suveren dövlətdir və onlar öz enerji siyasətlərinə davam edəcəklər.
Bessent əlavə etdi: "Onlar suverenliyə çox ciddi yanaşırlar. Biz buna qarışmaq istəmirik, ona görə də razılaşdılar ki, 100 faizlik
rüsumları ödəməyə hazırdırlar". Bundan əlavə, amerikalı nazir Çin Baş nazirinin müavini He Lifenqə xəbərdarlıq edib ki, Rusiyaya
hərbi istehsalda istifadə oluna biləcək malların gələcək tədarükü Pekinin Avropa ilə münasibətlərinə mənfi təsir göstərə bilər:
“Mən onlara qeyd etdim ki, bu, onların Avropadakı imicinə çox xələl gətirir, çünki onlar Avropa sərhəddində müharibəni təşviq
edirlər”(Musavat.com)