İyulun 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Â
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Â
Ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Â
Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Yardımlı və Altıağacda 1 mm-dir.
Â
İyulun 29-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 30, Aran rayonlarında 40, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.
Tarix: 30 İyul 2025, 09:42  Â