EN

İranda "Su, işıq, həyat bizim haqqımızdır!" şüarı ilə etiraz aksiyaları keçirilir

İranın bir çox şəhər və rayonlarında “Su, işıq, həyat bizim haqqımızdır!” şüarı altında etiraz aksiyaları keçirilir.

“Report” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, İranın Tehran başda olmaqla iri şəhərlərində, o cümlədən Təbriz, Xuzistan, Buşəhr və başqa bölgələrində isti yay günlərində suyun verilməsində böyük fasilələrin yaranması və elektrik enerjisinin kəsilməsi etirazlara səbəb olub.

İnformasiyaya əsasən, polis etiraz aksiyası iştirakçılarına qarşı zorakılıq tətbiq edib.

Məlumata görə, yaranmış vəziyyətin ölkədə sosial gərginliyi artıracağı ehtimal olunur.

Chosen
9
1
report.az

3Sources