EN

Çempionlar Liqası: “Neftçi” ilk matçına çıxır

Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” I təsnifat mərhələsinin IV qrupunda Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda qardaş ölkə təmsilçisi ilə Albaniyanın paytaxtı Tiranada oynayacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, IV qrup
30 iyul
20:00. "Fomget" (Türkiyə) - "Neftçi"
Baş hakim:
Hanna Layanen (İsveç)
Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, "Neftçi" qalib gələcəyi halda, növbəti görüşdə "Kiryat"la (İsrail) üz-üzə gələcək. Bu matçda qələbə qazanacaq kollektiv II təsnifat mərhələsinə yüksələcək.

İdman.biz

Chosen
49
15
idman.biz

10Sources