EN

Haaqa Tribunalı “Bosniya qəssabı”nın istəyini rədd etdi


BMT-nin Haaqadakı Beynəlxalq Cinayət Tribunalları üzrə Qalıq Mexanizmi (IRMCT) 2017-ci ildə ömürlük həbs cəzasına məhkum olunan Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin humanitar əsaslarla vaxtından əvvəl azadlığa buraxılması tələbini rədd edib.

Məhkəmə soyqırımı və müharibə cinayətləri törətmiş 83 yaşlı Ratko Mladiçin səhhətinin qeyri-qənaətbəxş olduğunu və ömrünün çox qalmadığını qeyd etsə də, onun Niderlanddakı həbsxanada yüksək keyfiyyətli tibbi yardım aldığını bildirib.

Mətləb Salahov

Chosen
28
2
baki-xeber.com

3Sources