EN

NBA-da çıxış etmiş basketbolçu həbs olunub

Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Markus Morris həbs olunub.

“Report”un TMZ Sports”a istinadən məlumatına görə, o, dələduzluqda ittiham edilir.

35 yaşlı amerikalı Las-Veqasdakı kazinolardan 250 min dollardan çox pul oğurlamaqda günahlandırılıb.

O, 2024-cü ilin mayında saxta qəbzlərlə 115 min dollar əldə edib, bir ay sonra isə eyni üsulla 150 min dollar mənimsəyib.

Morris bazar günü hava limanlarının birində həbs edilib. Məhkəmə vəkillərin basketbolçunu girov müqabilində azadlığa buraxma haqqında vəsatətini rədd edib.

Qeyd edək ki, M.Morris 2024-cü ildən bəri oynamır. Onun NBA-da son klubu "Klivlend" olub. O, karyerası ərzində 834 oyun keçirib.

Chosen
63
1
report.az

4Sources