EN

“Putin əlavə vaxta layiq deyil”..?

...Putin “artıq vaxta layiq deyil”. ABŞ sanksiya qanun layihəsinə səs vermək üçün sürətlə hərəkət etməlidir.

SİA-nın məlumatına görə, bunu güclü sanksiyalar paketinin müəlliflərindən biri olan Demokratlar Partiyasından olan ABŞ senatoru Riçard Blumental deyib.

...Razıyam ki, Vladimir Putin əlavə vaxta layiq deyil və biz sanksiyalar haqqında qanun layihəsinin səsverməsini sürətləndirməliyik. "Prezidentin etdiyi hər şey düzgün istiqamətdədir, lakin mən sanksiyaların 100 faiz yox, 500 faiz olmasını qətiyyətlə müdafiə edirəm.

Blumental bunu Suspilne nəşrinə şərhində bildirib.

O,əmindir ki, “Ukrayna qarşısında öhdəliklərimizi yerinə yetirdiyimizi göstərmək” üçün bu qanuna səs vermək lazımdır. Onun sözlərinə görə, Senatda bu qanun layihəsinin 85 tərəfdarı var və lazım gələrsə, 90 səs toplamaq mümkündür.

Senator vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi “müharibənin dayandırılmasına” kömək edəcək və “Putin bunu başa düşməlidir”.

…Respublikaçı senator Lindsi Qrem deyib ki, “Putin masaya gəlməsə”, prezident Donald Tramp “Rusiya neftini alan və Ukraynaya kömək etməyən” Çin və Hindistana tariflər tətbiq edəcək. "O, bunu icra sərəncamı və ya Konqresdə qanunvericilik təşəbbüsü ilə edə bilərdi. "Ukrayna üçün məndən yaxşı xəbər odur ki, prezident Putini danışıqlar masasına oturtmaq üçün Rusiyanın müştərilərinə təzyiqləri artıracaq".

Bunları Qrem deyib.

…Respublikaçı senator Rocer Marşall hesab edir ki, Trampa “maksimum çeviklik” verilməli və 10 gün gözləməlidir.

…Biz görürük ki, Putin heç nəyə reaksiya vermir, ona görə də biz bütün mümkün sanksiyalara qaz pedalını basmalıyıq. Düşünürəm ki, biz bank sektorunda sanksiyalar tətbiq edə bilərik. Həmçinin ikinci dərəcəli sanksiyaların mümkünlüyünü də nəzərdən keçirməliyik.

Bunu da Marşall bildirib.

Əli Babayev

Chosen
42
sia.az

1Sources