Petropavlovsk-Kamçatskidə baş verən zəlzələ zamanı uşaq bağçasının divarları uçub.
Bizim.Media xəbər verir ki, "Rodniçok" uşaq bağçasının zəlzələdən sonra ilk görüntüləri yayılıb.
Məlumata görə, zəlzələ zamanı içəridə uşaq olmayıb. Bağçada təmir işləri aparılırdı və işçilər vaxtında binanı tərk edə biliblər.
Qeyd edək ki, regionda bu gün baş verən təkanlar son onilliklərin ən güclü zəlzələsi kimi qiymətləndirilib.
Bizim.Media