EN

Qərbi Azərbaycan əyalətində tətil elan edildi

Qərbi

Qərbi Azərbaycan əyalətində isti hava dalğası və enerji çatışmazlığının nəticələri ilə mübarizə məqsədilə iyulun 30-u icra orqanları, idarələr və təhsil müəssisələrində tətil elan edilib.

Gunaz.tv

Bu haqda əyalət valiliyinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.

Bununla yanaşı İranın daha 14 əyalətində də eyni məsələyə görə tətil elan edilib.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani Tehranda da elektrik enerjisi və su çatışmazlığına baxmayaraq, dövlət idarələrinin fəaliyyət göstərəcəyini bildirib.

Chosen
10
xalqcebhesi.az

1Sources