İranda ifrat mühafizakarlar hökumət qarısında məsələ qaldıraraq, Azərbaycanla münasibətlərə yenidən baxılması tələbi ilə çıxış ediblər.
Tribunainfo.az xəbər verir ki, ötən gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ölkə prezidenti Məsud Pezeşkianla keçirdiyi birgə toplantıda İranın xarici siyasət prioritetlərini, o cümlədən Azərbaycanla münasibətlərin indiki vəziyyətini müzakirə ediblər.
Məlumatda deyilir ki, komissiyanın sözçüsü İbrahim Rzayi bildirib ki, görüşdə bəzi qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlər yenidən nəzərdən keçirilməlidir. “İranın xarici siyasətindəki qırmızı xətlərinə riayət edilməli və bu çərçivədə Azərbaycanla əlaqələr düzgün formada tənzimlənməlidir. Azərbaycanla münasibətlər daha diqqətli və ayıq siyasətlə aparılmalıdır”.
Fərda Uğur