Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 15 ölkənin XİN rəhbərləri Fələstin dövlətinin tanınması prosesini dəstəkləyiblər. Məsələ ilə əlaqədar Nyu-Yorkda kofrans keçirilib. Fransanın Xarici İşlər Nazirliyi ölkələrin birgə bəyanatını yayıb.
BÉ™yannamÉ™dÉ™ deyilir: "Biz, Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sloveniya vÉ™ İspaniyanın xarici iÅŸlÉ™r nazirlÉ™ri  ölkÉ™lÉ™rimizin FÉ™lÉ™stin dövlÉ™tini tanımaÄŸa hazır olduÄŸunu vÉ™ ya bu mÉ™sÉ™lÉ™yÉ™ müsbÉ™t yanaÅŸdığımızı bildiririk".Â
Bəyannamədə münaqişənin həlli üçün ikidövlətli quruluşun tanınmasının mühüm addım olduğu qeyd edilir və digər dövlətlər də bu çağırışa qoşulmağa dəvət edilir.
Nazirlər Fələstinin tanınması məsələsinin BMT Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında müzakirə ediləcəyini qeyd ediblər.
Hürr Tərcüman
Â