EN

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

Bakı.Trend:

2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsilmüəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500nəfərdir.

Trend xəbərverir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilintəşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, 2025-2026-cı tədris ilində ölkə üzrəməktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılanuşaq sayı 58 min 500 nəfərdir:

"Məktəbəqədər təhsilmüəssisələrinə qeydiyyatın başlandığı 18iyultarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbulolunmasıilə bağlı valideynlərə sms göndərilib. Bağçaların mövcud olmadığıvə ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədərtəhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlimqrupları fəaliyyət göstərir.

Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır.2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4yaşlı uşaqlar gündəlik 2 saatlıq təlimlərə cəlb olunub. 2018-ciildən tətbiq olunan bu model qadınların məşğulluğu, icmamədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması vəuşaqların məktəbəqədər təhsillə tanışlığı baxımındanönəmlidir".

İ.Rəsulova qeyd edib ki, 2025/26-cı tədris ilində bu proqramçərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir:

"Özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regiondaolmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300uşaq bu xidmətdən yararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçünaylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissə isəvalideyn tərəfindən ödənilir. Bu model özəl sektorun məktəbəqədərtəhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır.Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyatakeçirilir. Növbəsi olmayan və boşqruplar bağlanır, əvəzində ehtiyacolan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə butədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlbolunub".

"İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır.Bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzindəsaxlanılır. Məktəbəqədər təhsilmüəssisələrinin Elm və TəhsilNazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağçaistifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cıtədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətəbaşlamasıplanlaşdırılır", -İ.Rəsulova deyib.

Chosen
107
az.trend.az

1Sources