EN

Abbas Hüseynovdan Kipr klubunun təklifinə CAVAB

"Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov legioner həyatı yaşamağa yaxın olub.

Bizim.Media xəbər verir ki, Kiprin "Apollon" klubu Azərbaycan milli komandasının üzvünü heyətinə qatmaq istəyib.

Lakin transfer son anda baş tutmayıb.

Abbasla maraqlanan klub yalnız "Apollon" olmayıb. Başqa bir neçə klub da 30 yaşlı sağ cinah müdafiəçisinə maraq göstərib.

Ancaq futbolçu komandasını dəyişməməyə və "Qarabağ"da qalmağa üstünlük verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
15
bizim.media

1Sources