EN

Qəzzada 7 aylıq körpə aclıqdan öldü – İsrail “susuzluğu və aclığı” silaha çevirib

Qəzzada

İsrail ordusunun intensiv hücumları ilə yanaşı, humanitar yardımın qarşısını alaraq aclıq şəraitini məcburi hala gətirdiyi Qəzza zolağında daha bir körpənin aclıqdan həyatını itirdiyi bildirilib.Fələstin xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərindəki Şifa xəstəxanasında 7 aylıq Mühəmməd İbrahim Adəs adlı körpə, kəskin aclıq və körpə qidasının olmaması səbəbindən dünyasını dəyişib.İsrailin hücumları və humanitar yardımı məhdudlaşdıran sərt blokadası nəticəsində Qəzzada aclqdan ölənlərin sayı ən azı 134 nəfərə çatıb, onların 88-i uşaqdır.Hal-hazırda Qəzza zolağında aclıq, susuzluq, dərman, tibbi avadanlıq və gigiyena vasitələrinin olmaması nəticəsində böyük bir humanitar fəlakət yaşanır. Ən çox təsirlənən isə uşaqlardır.Yerli və beynəlxalq təşkilatlar İsrailin “aclıq və susuzluğu silaha çevirdiyini” bildirirlər.İsrail ordusu mülki infrastrukturu hədəf alaraq Qəzzanın təxminən 88 faizini yerlə-yeksan edib, əhali isə dəfələrlə zorla köçürülüb. Təxminən 2,3 milyon nəfərin yaşadığı Qəzzada 2 milyona yaxın insan öz evindən didərgin salınıb.İnsanlar əsas ehtiyaclardan məhrum halda çadırlarda, ya da məktəblərdə - gigiyenik şəraitin olmadığı, yoluxucu xəstəliklərin yayıldığı yerlərdə yaşamağa məcbur edilir. İsrail ordusu isə gündəlik hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.2023-cü ilin 7 oktyabrından bəri İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlar nəticəsində ən azı 59 min 821 fələstinli həyatını itirib, 144 min 851 nəfər isə yaralanıb.Ulusum.az

Diqqət Çəkənlər

Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO

Kamçatkada 8,7 bal gücündə zəlzələ: 4 metrlik sunami dalğaları və təxliyə həyəcanı - VİDEO

Qardaşlar arasında qanlı qarşıdurma: Sumqayıtda dəhşətli hadisə

Chosen
24
ulusum.az

1Sources