Sabah Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində görüş baş tutacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edəcək.
Qeyd olunur ki, danışıqlarda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən Suriyanın cənubundakı vəziyyət müzakirə olunacaq.