15 ölkə birgə bəyanat yayaraq, İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yoluna sadiq olduqlarını bəyan ediblər.
Axar.az xəbər verir ki, Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsi ilə bağlı “Nyu-York çağırışı” adlı birgə bəyanat yayıblar.
Sözügedən ölkələr digər dövlətləri də Fələstinin müstəqilliyini tanımağa çağırıblar.