"Yankoviç bizim digər oyunçular kimi vacib futbolçularımızdan biridir. O olmadıqda da digər futbolçular bu mövqedə oynamağa hazırdırlar”. Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Qurbanov əlavə edib ki, komanda üzvlərinin sağlam olması hazırlıq prosesini də xeyli asanlaşdırır: “Futbolçularımızın sağlam olması oyuna hazırlığımızı da asanlaşdırır. İnşallah ki, Yankoviç tez bir zamanda qayıdacaq və öz mövqeyində çıxış edəcək.”Sevinc İbrahimzadə / Metbuat.az