EN

“Minalar həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir” – Hikmət Hacıyev


“Minalar təkcə keçmişin qalıqları deyil, həm insanlar, həm də heyvanlar üçün davamlı təhlükədir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Kəlbəcərin dağlarında Ermənistanın işğal dövründə yerləşdirdiyi piyada əleyhinə minaların qurbanı bu dəfə it olub.
“Şükürlər olsun ki, Azərbaycan hərbi həkim briqadasının çevik müdaxiləsi ona təcili tibbi yardım göstərilməsini təmin edib. Onun həyatı artıq təhlükə altında deyil”, - Prezidentin köməkçisi bildirib.
O həmçinin qeyd edib ki, 2020-ci ildən bəri 400-dən çox Azərbaycan vətəndaşı və hərbçisi Ermənistanın yerləşdirdiyi minaların qurbanı olub.
Bundan başqa o onu da xatırladıb ki, yerin altında basdırılan minalar torpağın eroziyasına səbəb olur və yerli bitki örtüyünü də məhv edir.
Chosen
28
27
yeniavaz.com

10Sources