EN

Kişi tanınmış müğənni olan arvadını öldürdü

Özbəkistanın Səmərqənd vilayətində 33 yaşlı müğənni Zeboyijahon (əsl adı Zebiniso Nosirova) ailə münaqişəsi zəminində öldürülüb.

Baş Prokurorluqdan Podrobno.uz-a verilən məlumata görə, onun əri qətldə şübhəli bilinərək saxlanılıb.

Hadisə iyulun 26-da qadının ayrıca yaşadığı evdə baş verib. İstintaqın məlumatına görə, kişi onun uşaqlarını görməyə gəlib, lakin onların arasında mübahisə düşüb. Münaqişə zamanı o, əlləri ilə onun boynunu sıxıb, nəticədə qadın yerindəcə keçinib.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Zeboyijahon xalq artisti kimi tanınırdı. Onun üç azyaşlı övladı qalıb.

AzPost.az

Chosen
46
1
azpost.info

2Sources