EN

Rüfət cavab görüşündə də oynamayacaq

Xorvatiyanın “Varajdin” klubuna transfer olunan Rüfət Abdullazadənin adı Konfrans Liqasında iştirak üçün ərizəyə salınmayıb.

“Football-plus.az” bu barədə məlumat vermişdi ki, klubla futbolçu arasında razılıq əldə olunsa da, rəsmi müqavilə bağlanmayıb. Məhz buna görə “Santa Klara” ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda həmvətənimiz görünmədi.

“Varajdin” cavab oyununda da Rüfətin xidmətindən yararlanmayacaq. Lakin komanda növbəti mərhələyə keçərsə, sabiq “dənizçi” iştirak ərizəsinə salınacaq.

Xatırladaq ki, iyulun 24-də Xorvatiya keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qələbə qazanıb. Cavab görüşü 31-də keçiriləcək.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
17
football-plus.az

1Sources