EN

Böyük Qayıdışa dair I Proqram 74 faiz icra edilib

İqtisadiyyat Nazirliyində “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların ilk iclası keçirilib.

İqtisadiyyat Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak etdiyi müzakirədə iqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumat verib. O bildirib ki, proqramın icra səviyyəsi isə 74 faizdir. Ötən ilin sonunadək proqram çərçivəsində 21,6 milyard manat vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu 2 sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.

Məclisdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında da məlumat verilib.

XQ

Chosen
15
5
xalqqazeti.az

8Sources