EN

ABŞ-da 30 il əvvəl dondurulmuş embriondan uşaq dünyaya gəlib

Yeni doğulan körpə “ən yaşlı embriondan doğulan uşaq” kimi tarixə düşüb...

ABŞ-da 1994-cü ildə dondurulmuş embriondan uşaq dünyaya gəlib.

Poliqon xəbər verir ki, bu barədə MIT Technology Review nəşri məlumat yayıb.

Taddeus Daniel Pirs adlı körpə 26 iyulda doğulub. Onun dünyaya gəldiyi embrion təxminən 30 il əvvəl, 1994-cü ildə dondurularaq xüsusi laborator şəraitdə saxlanılıb. Qeyd olunur ki, uşağı dünyaya gətirən qadın, embrionun sahibəsi olan bioloji ana deyil. Körpənin bioloji valideynlərindən olan bacısı isə hazırda 30 yaşındadır.

Yeni doğulmuş uşaq artıq “ən yaşlı embriondan doğulan körpə” adlandırılır. Embrionun bioloji anası – 62 yaşlı Linda Arçerd bu hadisəni “reallıqdan uzaq bir hiss” kimi dəyərləndirib. O bildirib ki, vaxtilə sonsuzluq problemi səbəbindən süni mayalanma (EKO) texnologiyasından istifadə edib. Bu proses zamanı onun yumurtalığından dörd embrion əldə olunub, lakin həyat yoldaşı yalnız bir uşağa razılıq verib. Daha sonra Linda ailəsini tərk edib.

Linda ümidini itirmədiyi üçün həmin embrionları sonradan istifadə etmək niyyəti ilə saxlatdırıb. Zaman keçdikcə orqanizmi hamiləlik üçün uyğun olmadığından, embrionları başqa cütlüklərə bağışlamağa qərar verib. Onları illərlə saxlamaq üçün ildə təxminən min dollar ödəmişdi. İndi isə həmin embrionlardan birindən oğlu doğulduğu üçün sərf etdiyi vəsaitin və çəkdiyi zəhmətin qarşılığını aldığını düşünür.

Poliqon.info

Chosen
85
poliqon.info

1Sources