EN

Maliyyə Nazirliyinin şirkəti ləğv olunur

Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

Marja.az Şirkətin Bildirişinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev küçəsi, mənzil 135 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC 2005-ci ilin fevral ayında yaradılıb. Onun nizamnamə kapitalı 13 min 931.2 manatdır.

Maliyyə və uçot jurnalı redaksiyası
Chosen
11
25
marja.az

10Sources