EN

Ruslar Kiyevi vurdu: Çoxsaylı ölən və yaralılar var

Rusiyanın iyulun 30-dan 31-nə keçə gecə və 31-səhər saatlarında Kiyevə çoxsaylı raket zərbəsi endirib. Raket zərbəsi yaşayış massivlərində ciddi dağıntılara səbəb olub.

Hakimiyyet.az xəbər verir ki, raket zərbəsi zamanı çoxmərtəbəli binası dağılıb, dağıntılar altında qalanlar var. Hücum nəticəsində ən azından 6 nəfərin öldüyü, 52 yaralının olduğu bildirilir. Ölənlər arasında altı yaşlı oğlan uşağı var.

Kiyev administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, ümumilikdə 52 yaralımız var və onlardan 30-a yaxını xəstəxanalardadır. “Onlardan 9-u uşaqdır. Təəssüf ki, qurbanların sayı artacaq. Bu da yəqin ki, yekun rəqəm deyil", - Tkaçenko bildirib.

Mürtəza

Chosen
32
3
hakimiyyet.az

4Sources