EN

NATO Türkiyədən getdikcə daha çox yardım və dəstək gözləyir

Ankara və Vaşinqton S-400 zenit-raket kompleksi probleminin həllinə doğru irəliləyir. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.

“Əlbəttə, həllini tapacağıq… S-400 sistemi 2017-ci ildə anlaşılmazlıqlar ucbatından yaranan bir məsələdir. On il sonra biz tamamilə fərqli bir vəziyyətdəyik və həll yoluna doğru gedirik. Bir vaxtlar siyasi çəkişmələrə çevrilən F-35, F-16 və S-400 problemlərinin həlli var. Xüsusilə indi, ticarətin həcmini hər il 100 milyard dollar artırdıq. NATO Türkiyədən getdikcə daha çox yardım, məsləhət və dəstək gözləyir”, o, “Habertürk”ə müsahibəsində bildirib.

Chosen
31
veteninfo.az

1Sources