“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirəcəyi ilk matçın başlama saatı açıqlanıb.
Futbolpress.az xəbər verir ki, paytaxt Skopyedəki Milli Arenada avqustun 5-də keçiriləcək görüşə saat 22:00-da start veriləcək.
Komandalar arasındakı cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.