51 yaşlı mütəxəssis braziliyalı oyunçu ilə danışıqlarının olmadığını söyləyib.
Qurbanov onun Rusiya təmsilçisi ilə böyük müqaviləsinin olduğunu vurğulayıb: “Buradan gedən futbolçuların hamısına demişik ki, qapımız üzünüzə həmişə açıqdır. Deyim ki, inşallah qayıdar, düzgün olmaz. O da böyümək üçün qarşısına məqsəd qoyub. “Qarabağ”da hər şey onun üçün yaxşı idi. Belə variant olsa, yox demərik. Hər şeyi gələcək göstərəcək”.
Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından bu ilin əvvəlinə qədər “Qarabağ”ın formasını geyinib. O, qış fasiləsində 5 milyon avro müqabilində “Krasnodar”a transfer olunub. (Report)