EN

Tramp qərarını niyə dəyişib?

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Independent” nəşri belə məlumat yayıb.

“O, babadır, ailə başçısıdır və yaralı və ya ac uşaqların şəkilləri onu bu ölkədə ürəyi olan hər bir insan kimi qəzəbləndirir”,- Ağ Evin təmsilçisibildirib.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti onun üçün ən yaxşı məlumat olduğuna inandığına əsaslanaraq qərarlar qəbul edir.

Kiyevə dron və raket zərbələri: ölənlər və yaralananlar var | VİDEO
Trampa yaxın olan şəxs həmçinin Amerika liderinin həyat yoldaşının təsirini düzgün qiymətləndirməyə çağırıb. Yeri gəlmişkən, ABŞ prezidentinin özü dəetiraf edib ki, Melaniya onun Ukrayna və Fələstin-İsrail münaqişələri ilə bağlı qərarlarına təsir göstərib.

Xatırladaq ki, iyulun 29-da ABŞ prezidenti Donald Tramp Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 10 gün vaxt verdiyini bildirib. Daha əvvəl, iyulun 14-də isə Tramp bunun üçün 50 gün müddət təyin etmişdi, lakin sonradan Rusiya prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu əsas gətirərək, müddəti azaldıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
36
azvision.az

1Sources