EN

Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək. Dövlət qurumundan verilən məlumata görə, avqustun 4-də təşkil ediləcək qəbula Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar qatıla bilərlər. Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək. Bildirilib ki, Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Chosen
23
6
baki-xeber.com

7Sources