EN

Türkiyə Şuşada konsulluq açacaq? – Səfirdən açıqlama

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

“Şuşada Türkiyə konsulluğunun açılması ilə əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”, - deyə səfir qeyd edib.

Bizim.Media

Chosen
64
22
bizim.media

10Sources