Demokrat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.
İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
10Sources
-
modern.azİstidən şikayət edən işçilər olub? - Rəsmi AÇIQLAMA ( 19897340)
-
news24.azDövlət xidmətindən isti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ ( 19885187)
-
ekologiya.azDƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib ( 19893308)
-
ulusum.azİsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq ( 19893236)
-
onn.azİsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq ( 19890467)
-
demokrat.azDövlət Xidmətindən isti hava ilə bağlı xəbərdarlıq ( 19888487)
-
azerbaijan-news.azDƏMX işəgötürənlərə müraciət edib: Havanın temperaturu 41 dərəcədən çox olduqda zəruri tədbirlər görülməlidir ( 19888322)
-
ictimairey.azİsti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ ( 19887617)
-
hurriyyet.azİsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq ( 19886855)
-
sfera.azİsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq ( 19886843)