EN

AzTV-nin keçmiş sədrinin qardaşı oğlu: "Həbsimi Babək Məmmədzadə təşkil edib"

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə Rabitə və Nəqliyyat Nazirliyindən daxil olan sorğuya cavab elan olunub.

Həmin səndddə İnvest.az, İnvest.com saytlarının domenların kimə məxsus olması müəyyən edilib. Qeyd olunub ki, bəzi məsələlərlə bağlı ekspertizanın təyin olunmasına şərait var.

Nizami Alişan deyib ki, İnvest.az-ın Dəmirçi Plazada olan ofisində pulları Rövşən adlı şəxsə nağd şəkildə verib. Onun sözlərinə görə, ekspertiza aparılsa, bütün hallar aşkar olunacaq.

N. Alişanın vəkili Samir İsayev bildirib ki, məhkəmə ekspertiza mərkəzində bu halların araşdırılması üçün mütəxəsis yoxdur: "Amma bu işləri mükəmməl görən Daxili İşlər Nazirliyinin Kiberdələduzluğa dair Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətində mütəxəssislər var. Lakin bu cinayət işi Daxili İşlər Nazirliyindən gəldiyi üçün ora göndərməyin əhəmiyyəti yoxdur".
Hakim bildirib ki, ekspertizanı Nəqliyyat, Rabitə və Texnologiya Nazirliyi apara bilir. Hakim deyib ki, vəsatət olsa, bu məsələyə baxıla bilər.

Daha sonra Nizami Alişanənmhəbs olunmamışdan əvvəl Babək Məmmədzadə ilə görüşməsindən danışıb. O bildirib ki, Babək Məmmədzadə ilə görüşəndən sonra onu həbs ediblər. İddia edib ki, onun həbsini Babək Məmmədzadə təşkil olunub.

Hakim bildirib ki, zərərçəkmiş Banşk Məmmədzadə və digər iki şahid iclasda iştirak etməyib. Qeyd olunub ki, onlara növbəti dəfə məhkəməyə gəlməsi üçün vaxt verilir. Hakim deyib ki, nəcbəti dəfə də həm zərərçəkmiş, həm şahidlər məhkəmədə iştirak etməsə, onların barəsində məcburi gətirilmə barədə qərar qəbul ediləcək.

İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.

Chosen
24
1
publika.az

10Sources