Demokrat.az xəbər verir ki, "Gizmodo"nun yazdığına görə 2023-cü ilin noyabrından 2025-ci ilin martına qədər ABŞ-də aparılan sorğular nəticəsində Maskın siyasi çıxışları ilə istehlakçının elektromobillərə marağı arasında birbaşa əlaqə aşkarlanıb.
"Nature" jurnalında dərc edilən elmi məqalədə bildirilir ki, Maskın getdikcə daha çox ziddiyyətli xarakter alan imici həm Tesla markasından, həm də ümumilikdə elektrik nəqliyyatından uzaqlaşmaya səbəb olub. Araşdırma göstərib ki, Mask liberal düşüncəli amerikalılar arasında əsasən mənfi reaksiya doğurub, halbuki bu kateqoriya elektromobillərin əsas istifadəçiləri hesab olunur. Mühafizəkar dairələrdə isə Maskın populyarlığı artsa da, onlar daha çox daxili yanma mühərrikli avtomobillərə üstünlük verirlər.
Jurnalistlərin fikrincə "nüfuzunu itirən rəhbər təkcə öz markasına deyil, bütöv bir sahəyə zərər verə bilər."
4Sources
-
day.azSürücü dövrü tarixə qovuşur - Süni intellekt əsaslı avtopilot gəlir ( 19946003)
-
avtosfer.azSürücü dövrü tarixə qovuşur- Süni intellekt əsaslı avtopilot gəlir ( 19898797)
-
demokrat.azSürücü dövrü tarixə qovuşur — Süni intellekt əsaslı avtopilot gəlir ( 19890236)
-
milli.azSürücü dövrü tarixə qovuşur - Süni intellekt əsaslı avtopilot gəlir ( 19890029)