EN

Aybəniz Haşımova xanəndəni yuxuda gördü

Əməkdar artist Aybəniz Haşımova reanimasiyada olan Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib

Publika.az xəbər verir ki, o, xanəndəni yuxuda gördüyünü bildirib:

“Bu gecə Arif müəllimi yuxumda gördüm. Amma onu o halda görmək istəməzdim. Sanki məni görmürdü, təkcə səsimi eşidirdi. Hərəkətsiz və sakitcə nəfəs alırdı, sanki içində son "Segah"ını oxuyurdu. "Necə pis olurmuş bülbülün susması. Sənə Leylidən oxuyummu, - dedim. Elə bil hiss etdi, duydu dediyimi. Oxudum... Sanki səsimin izini axtarırdı ki, görsün hardayam. Yanındayam, ustad, yanındayam, Arif müəllim. Təəssüf ki, yuxuda yanındayam... Kaş ki bunlar hamısı yuxu olaydı, oyanaydın... “Qorxma, qızım, yaxşıyam” - deyəydin. Çox pisəm, ustad, çox pis, oyan.

Ömrümdə ağlıma gəlməzdi belə yuxu. Kaş ki görməsəydim, bu yuxunu, Arif müəllim. Birdən yadıma uşaqlığımda o günlərdən biri, Arif müəllimin mənə bağışladığı broşuranı xatırladım.

Dərhal şəkillərimin arasından tapdım onu, əlimə aldım, baxdım...

Və bir cümlə gözümə sataşdı: “Mən səndən bir müəllim kimi həmişə razı qalmışam. Qoy sənin incə səsindən zövq almaq üçün xalqımız səni öz köməyinə çağırsın”.

Chosen
26
3
publika.az

10Sources