EN

Leandro Andrade: “Bizi çətin oyunlar gözləyəcək”

"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi rəqibin hansı kollektiv olmasına fikir vermədiklərini söyləyib.

Komandanın legioneri bildirib ki, əslində FCSB (Rumıniya) haqqında müəyyən məlumatlara malik olublar: "Ötən il Avropa Liqasında onlara qarşı mübarizə aparmışdıq. Yaxşı kollektiv idi. İstənilən halda növbəti mərhələyə yüksələn tərəf daha yaxşı və hazırlıqlı komandadır. Bizi çətin qarşılaşmalar gözləyəcək".

Qeyd edək ki, "Qarabağ" bu raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək. Azərbaycan çempionu III təsnifat mərhələsində İrlandiyanın "Şelburn" kollektivini hər iki görüşdə üstələyib - 3:0, 1:0.

İdman.biz

Chosen
22
idman.biz

1Sources