AFFA ötən mövsümün yekununa əsasən premyer-liqaya yüksəlmiş 2 kluba möhlət hüququ verib. Söhbət “Karvan” və “İmişli”dən gedir.
"Football-plus.az" xəbər verir ki, AFFA-nın yaydığı məlumatda bildirilir:
“AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/26 mövsümündə premyer-liqada komanda sayının artırılması ilə əlaqədar premyer-liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi. Bu qərara əsasən son 3 mövsümdə premyer-liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan premyer-liqaya yüksəlmiş klublara (“Karvan-Yevlax”, “İmişli”) bir mövsümlük aşağıdakı möhlətlər tətbiq edilir:
1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)
2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər”.