EN

Azərbaycanın cənubunda zəlzələ olub

Astara stansiyasından 14 kilometr şimal-qərbdə, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, iyulun 31-i yerli vaxtla saat 14.03.37-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələ ocağı yerin 33 kilometr dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.

Chosen
42
3
azerbaijan-news.az

3Sources