Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokubok”la qarşılaşacaq “Sabah”ın oyununa nə qədər bilet satıldığı açıqlanıb.
“Football-plus.az”ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə artıq 5400 bilet satılıb. Qeyd edək ki, biletlər yanlız bu gün kassada satışa çıxarılıb.
Oyun Bakı vaxtı ilə 20.00-da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ