“Selta”dan icarə əsasında Saloniki “Aris”ində çıxış edən 27 yaşlı ispan sağ cinah hücumçusu Karles Peres bədbəxt hadisə ilə üzləşib.
Arena.az “Barça Universal” dərgisinə istinadən məlumat verir ki, Peresə it hücum edərək xəsarət yetirib.
Mənbənin məlumatına görə, iki köpəyin boğuşmasının qarşısını almaq istəyən Peresə itlərdən biri hücum çəkərək, futbolçunun cinsiyyət üzvünü dişləyib. Ah-naləsi göyə çıxmış futbolçu dərhal xəstəxanaya təxliyə edilib. Peresin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, Karles Peres “Barselona”nın məzunudur və 2015-2020-ci illərdə “blauqrana”nın uğurları üçün çalışıb.
“Aris” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibidir. Yunanıstan təmsilçisi Bakıda 1:2 hesabıyla uduzduğu Naxçıvan klubunu bu gün doğma meydanda qəbul edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:15-də start veriləcək. Karles Peres Bakıdakı ilk oyudna meydana çıxsa da, cavab görüşünü məlum səbəblərdən buraxacaq.