EN

​"Qalatasaray" Osimhendən sonra dünya ulduzunun transferini elan etdi

"Qalatasaray" "Mançester Siti"də çıxış edən Edersonu transfer etmək üzrədir. Metbuat.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın vitse-prezidenti Mehmet Cibara açıqlama verib. Bildirilib ki, braziliyalı qolkiperlə müqavilə razılaşdırılıb. "Qalatasaray" futbolçunun transferi ilə bağlı "Mançester Siti" ilə danışıqları davam etdirir. Tərəflər razılaşmaq üzrədir.

Qeyd edək ki, Fernando Musleranın gedişindən sonra "Qalatasaray" onun mövqeyi üçün bir sıra futbolçuları nəzərdən keçirmişdi.

Chosen
52
12
metbuat.az

10Sources