EN

Konfrans Liqası: "Sabah" III təsnifat mərhələsinə yüksəlib

Bakı. Trend:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda“Sabah”la Moldovanın "Petrokub" komandası arasında keçirilən cavaboyunu başa çatıb.

Trend-in məlumatına görə, “Bank Respublika Arena”da təşkiledilən görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində qolları Coy Lens Mikels ( 3 qol) və PavolŞafranko vurublar.

İlk oyunda da "Petrokub"u 2:0 hesabı ilə üstələyən AzərbaycanKubokunun son qalibi adını III təsnifat mərhələsinə yazdırıb.

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, "Sabah" növbəti raundda “Levski” (Bolqarıstan) –“Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılaşacaq.

Chosen
41
9
az.trend.az

3Sources