EN

Rusiyanın TASS agentliyinin Xankəndi şəhərinin Stepanakert adlandırılması Azərbaycana qarşı həqarətdir - XİN

Bakı. Trend:

Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-daAzərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılmasıölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimiqiymətləndirilir.

Trend xəbər verirki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail ŞvıdkoyunAyvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASSinformasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin"Stepanakert" adlandırılması ilə bağlı sualını şərh edərkəndeyib.

"Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaqistərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarındayaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərininadının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşıdaşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik StepanŞaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşıhəqarət idi.

Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanlarıtərəfindən Azərbaycan toponimlərinin təhrif olunması vəərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadəolunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik.Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrəkAzərbaycan tərəfindən də Rusiya ərazisində bir çox yaşayışyerlərinin öz əzəli adları ilə qeyd edilməsi ilə nəticələnəbilər.

TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiqdüzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğunolaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlərgörülməsi nəzərdə tutulur", - deyə o bildirib.

Chosen
61
13
az.trend.az

5Sources