UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" bu gün "Hayduk"la məsələlər aydınlıq gətirib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Xorvatiya səfərində olub. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə rəqib komanda 2:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb. Beləliklə, "Zirə" üçün 2025-26 mövsümü üzrə avrokuboklar macərası başa çatıb.

Bakıdakı ilk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Hayduk" növbəti raundda "Atlètic Club d’Escaldes”i (Andorra) üstələyən “Dinamo City” (Albaniya) (2:2; 1:2) ilə qarşılaşacaq.

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə” (Azərbaycan) 1:1 

Əlavə hissə: 2:1

Qol: Filip Krovinoviç, 19. - İsa Cibrilla, 90+3.

Qırmızı vərəqə: Quima, 77.

Baş hakim Danilo Nikoliç (Serbiya)

Split. "Polyud" stadionu

İlk oyun – 1:1

"Hayduk": 1. İvuşiç, 4. Payaziti, 7. Kalik, 10. Livaya (k), 22. Mlaçiç, 23. Krovinoviç, 28. Braykoviç, 29. Karaçiç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 37. Skoko.

Ehtiyat oyunçular: 13. Luçiç, 33. Siliç, 5. Diallo, 6. Japer, 8. Siqur, 11. Şeqo, 17. Melinyak, 21. Pukştas, 24. Sanyanq, 34. Durdov, 38. Hodak, 45. Benrahu.

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 87. Abdul Batibie, 26. Stefan Aka

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski