EN

KİV: ABŞ Senatı Ukraynaya dəstək üçün 1 milyard dollar ayrılmasını təsdiqlədi

BAKI, 01 avqust. TELEQRAF

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Təxsisat Komitəsi ABŞ Müdafiə Nazirliyinin növbəti maliyyə ili üçün büdcəsini təsdiqləyib. Büdcədə Ukraynaya dəstək məqsədilə təxminən 1 milyard dollar nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Beləliklə, Pentaqonun büdcəsi 852 milyard dollar təşkil edəcək ki, bu da Prezident Donald Trampın bu ilin əvvəlində tələb etdiyindən 21,7 milyard dollar və ya 2,6% çoxdur.

Bildirilir ki, müvafiq qanun layihəsi həm respublikaçılar, həm də demokratlar tərəfindən güclü dəstək alıb. Müdafiə məsələləri üzrə alt komitəyə rəhbərlik edən senator Miç Makkonnel bəyan edib ki, əvvəlki administrasiya kimi, bu ABŞ administrasiyası da "qarşımızda duran çağırışın səviyyəsini lazımınca qiymətləndirməyib".

Chosen
45
2
teleqraf.com

10Sources